Ev İdman Azərbaycanlı idmançı Gürcüstanda baş məşqçi təyin edildi

Azərbaycanlı idmançı Gürcüstanda baş məşqçi təyin edildi

39

Azərbaycanlı idmançı Gürcüstan Tayboksinq və Kikboksinq Milli Federasiyasının Kvemo Kartli bölgəsi üzrə baş məşqçisi təyin edilib.

“Report”un yerli bürosu xəbər verir ki, qurumun prezidenti Qoça Cavaxia bu vəzifəyə “Qaracalar” İdman Klubunun rəhbəri İsfahan Əliyevi gətirib.

Qeyd edək ki, İ.Əliyev 2015-ci ildən federasiyada həm idmançı, həm də məşqçi kimi fəaliyyət göstərir.

Əvvəlki məqaləİstanbulda Fransanın müstəmləkəçilik siyasəti müzakirə olunub
Növbəti məqalədəSalyan xəstəxanasına yeni direktor təyin edildi