Ev İdman Almaniya millisinin baş məşqçisi “Liverpul”a rəhbərlik edə bilər

Almaniya millisinin baş məşqçisi “Liverpul”a rəhbərlik edə bilər

35

“Liverpul”u Almaniyanın baş məşqçisi Yulian Nagelsman çalışdıra bilər. Mersisaydlılar onu “Bayer” Leverkuzenin baş məşqçisi Xabi Alonsoya alternativ hesab edirlər.

Məlumata görə, klub Portuqaliyanın “Sportinq”inə başçılıq edən ispan mütəxəssis Ruben Amorimi də nəzərdən keçirir. Lakin Xabi Alonso prioritet seçim olaraq qalır.Xatırladaq ki, yanvarın 26-da alman mütəxəssis Yurgen Klopp bu mövsümün sonunda “Liverpul”u tərk edəcəyini açıqlamışdı.

Nagelsmana gəlincə, onun rəhbərliyi altında Almaniya millisi bu il ölkədə keçiriləcək Avropa çempionatında mübarizə aparacaq.

Əvvəlki məqaləYayılan səs yazısı ilə bağlı RƏSMİ AÇIQLAMA
Növbəti məqalədəSumqayıtda qadın dəm qazından boğularaq ölüb