Ermənistan prezidenti Xaçaturyan Bağdada ilk rəsmi səfəri zamanı iraqlı həmkarı Əbdüllətif Camal Rəşid və ölkənin baş naziri Məhəmməd Şiyə əs-Sudani ilə görüşüb.Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.“Biz müdafiə və təhlükəsizlik sahələrində Ermənistan-İraq əməkdaşlığının dərinləşdirilməsi perspektivlərinə toxunduq”, – deyə Ermənistan prezidenti görüş zamanı bildirib.
İraq prezidentinin mətbuat xidmətinin verdiyi məlumata görə, Ermənistan prezidentinin İraqın Kürdüstan bölgəsinə də səfəri gözlənilir.