BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının (UNEA) 6-cı iclasında iştirak edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.
Bildirilir ki, iclasda COP29 nümayəndə heyəti Azərbaycanın inklüziv yanaşmasını təqdim edib və COP29-da bütün maraqlı tərəflərlə işləmək öhdəliyini ifadə edib.
“Onlar həmçinin Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələr (NDC) üçün daha yüksək ambisiyaların müəyyən edilməsinin vacibliyini də vurğulayıblar”, – deyə paylaşımda qeyd olunub.