Ev İdman İspaniya Kuboku: “Barselona”nı keçən “Atletik” yarımfinalda “Atletiko”nu da məğlub etdi

İspaniya Kuboku: “Barselona”nı keçən “Atletik” yarımfinalda “Atletiko”nu da məğlub etdi

38

İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin cavab matçı başa çatıb.

Bilbaodakı San Mames stadionunda yerli “Atletik” ilə Madrid “Atletiko”su üz-üzə gəlib.

Görüş 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə yekunlaşıb. Qolları İnyaki Uilyams (13), Niko Uilyams (42) və Qorka Quruseta (61) vurublar.

Xatırladaq ki, ilk yarımfinal görüşü də “Atletik”in 1:0 hesablı səfər qələbəsi ilə başa çatmışdı.

Beləliklə də, bu turnirin 1/4 final mərhələsində “Barselona”nı keçən Bilbao klubu indi də “Atletiko”nu məğlub edərək (iki matçın nəticəsinə görə 4:0) adını finala yazdırıb. Həlledici görüşdə onun rəqibi “Real Sosyedad”ı penaltilər seriyası ilə məğlub edən “Malyorka” olacaq.

Qeyd edək ki, İspaniya Kubokunun son qalibi “Real Madrid”dir.

Əvvəlki məqaləƏsaslı təmir edilən sərhəd zastavasından görüntülər 
Növbəti məqalədəRonaldusuz “Ən-Nəsr” autsayderlə bacarmadı, səkkiz qol vuruldu