Ev İqtisadiyyat Ceyhun Bayramov Türkiyədə görüşlər keçirir

Ceyhun Bayramov Türkiyədə görüşlər keçirir

36

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.Görüşdə nazir Ceyhun Bayramov bu qurumun türk dünyasında dostluq, qardaşlıq və əməkdaşlığın gücləndirilməsi baxımından ciddi potensiala malik olduğunu qeyd edərək, Azərbaycanın bu potensialın reallaşması istiqamətində Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan addımları, təşəbbüsləri və ideyaları daim dəstəklədiyini vurğulayıb.Görüş zamanı nazir türk dünyası ilə əlaqələrimizin genişləndirilməsinin və dərinləşdirilməsinin ölkəmizin xarici siyasətinin əsas prioriteti olduğunu vurğulayaraq, bu təşkilat çərçivəsində əməkdaşlığın inkişafı üçün bərabər səylər göstərməyə hazır olduğumuzu qeyd edib.BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində  TDT ilə mümkün əməkdaşlıq sahələri nəzərdən keçirilib.Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əvvəlki məqaləXocalıda kütləvi məzarlıqdan daha üç nəfərin qalıqları tapılıb
Növbəti məqalədəAzərbaycan gimnastika millisi beynəlxalq turnirdə üçüncü olub