Son aylar Ermənistanın təlatümlü ictimai həyatına yeni bir qalmaqal da əlavə edilib. Baş nazir Nikol Paşinyanın göstərişi ilə orta məktəblərdə tədris edilən tarix dərsliyinin adının dəyişdirilməsi üçün Təhsil Nazirliyi tərəfindən müəyyən addımlar atılır. Nikol Paşinyanın fikrincə, bu günə qədər məktəblərdə “Erməni tarixi” adlı fənnin tədris edilməsi səhv addımdır və bu, erməni dövlətçiliyinin olmadığını büruzə verir. Bu səbəbdən də dərsliyin adı “Ermənistan tarixi” olaraq dəyişdirilib. Bu isə ciddi etirazlara səbəb olub. Xüsusən də müxalifət və kilsə bu addımı qəti şəkildə tənqid edir. Əslində 7 və 9-cu siniflərin dərsliklərində aparılan dəyişikliklər bir sıra mətləblərdən xəbər verir.