Ev İdman Boksçumuz İtaliyada qələbə qazandı

Boksçumuz İtaliyada qələbə qazandı

21

İtaliyanın Busto Arsizio şəhərində boks üzrə I Dünya Olimpiya Təsnifat Turnirinə start verilib. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Nicat Hüseynov (51 kq) mübarizəyə qoşulub.Oxu.Az xəbər verir ki, ikiqat Avropa çempionumuz 1/32 final çərçivəsində Deepak Deepakı (Hindistan) sınağa çəkib. Hüseynov gərgin keçən döyüşdə son dünya çempionatının bürünc medalçısını 3:2 (29:28, 28:29, 29:28, 27:30, 29:28) hesabı ilə məğlub edib.Boksçumuz ikinci görüşündə ilk mərhələdən azad olan Sahil Alahverdovi (Gürcüstan) ilə üz-üzə gələcək. Döyüş martın altısında baş tutacaq.

Qeyd edək ki, turnirin ikinci günündə Azərbaycan millisinin daha iki boksçusu rinqə çıxacaq.

Əvvəlki məqalə“Neftçi”nin kapitanı “Qarabağ”la oyunda zədələnib
Növbəti məqalədəNəriman Axundzadə “Qarabağ”dan gedə bilər