Ev Siyasət TÜRKPA-nın Baş katibi: “İnanırıq ki, Nuru Paşanın, Vətən Müharibəsi şəhidlərinin ruhu şaddır”

TÜRKPA-nın Baş katibi: “İnanırıq ki, Nuru Paşanın, Vətən Müharibəsi şəhidlərinin ruhu şaddır”

46

“Azərbaycan 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərib və ərazi bütövlüyünü bərpa edib”.

APA xəbər verir ki, bunu Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Eri Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın vəfatının 75-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən tədbirdə deyib.Baş katib Türkiyə-Azərbaycan münasibətlərinin möhkəm bağlara sahib olmasını vurğulayıb.

“Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının yeni mərhələsinin əsasını qoyub. Bu gün inanırıq ki, Nuru Paşanın, Qafqaz İslam Ordusu şəhidlərinin, Vətən Müharibəsi şəhidlərinin ruhu şaddır. Xalqımız onları unutmayacaq, həmişə xatırlayacaqdır”, – o əlavə edib.

Əvvəlki məqaləAzərbaycan gimnastika millisi beynəlxalq turnirdə üçüncü olub
Növbəti məqalədəErsin Tatar: “Qarabağ zəfərindən sonra Azərbaycanın daha güclü olması bizi çox sevindirir”