Ev Hərbi Ötən həftə azad edilmiş ərazilərdə 216 mina zərərsizləşdirilib

Ötən həftə azad edilmiş ərazilərdə 216 mina zərərsizləşdirilib

43

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

Bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, azad olunan ərazilərdə 26 fevral-3 mart 2024-cü il tarixi ərzində 59 tank əleyhinə mina, 157 piyada əleyhinə mina, 371 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 2 019,8 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

Əvvəlki məqaləDYP-dən müraciət: “Ötmə və manevrlər üçün sol zolaqları boş saxlayın”
Növbəti məqalədə“Qarabağ”ın “Bayer 04”lə oyununu fransalı hakim idarə edəcək