Qızılın dünya qiyməti rekord həddə yüksəlib.Ekspertlər bildiriblər ki, son aylarda qiymətli metal Çin istehlakçılarının fenomenal alışları fonunda “ikinci nəfəs” qazanıb.
Məlumata görə, sarı metalın bir troya unsiyası (təxminən 31,1 qram) 2 141 dollara (3 639 manat) çataraq, ötən ilin dekabrında müəyyən edilmiş 2 135 dollar (3 629 manat) rekordunu qırıb.