Britaniya Kolumbiyası (Kanada) məhkəməsi “Apple” şirkətinə qarşı kollektiv tələbi təsdiqləyib və razılaşma əldə olunub.
Belə ki, “Apple” istifadəçilərinə xəbərdarlıq etmədən bəzi “iPhone”ların sürətini məhdudlaşdırmaqda günahlandırılıb.Razılaşma çərçivəsində ABŞ İT nəhəngi 11,1 – 14,4 milyon dollar məbləğində təzminat ödəməyə razılaşıb. İddiaların sayından asılı olaraq, kollektiv aksiyasının bütün iştirakçıları “Apple”dan 17,50 – 150 dollar məbləğində təzminat alacaqlar.