Ev Siyasət Komitə sədrinin müavini: “Dünyada islamofobiya ilə bağlı vəziyyət daha da pisləşib”

Komitə sədrinin müavini: “Dünyada islamofobiya ilə bağlı vəziyyət daha da pisləşib”

20

“Hazırda dünyada islamofobiya ilə bağlı vəziyyət daha da pisləşib”.

“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.O hesab edir ki, Avropanın bəzi ölkələrində islamofobiya aşağıdan yuxarı deyil, yuxarından aşağı yayılır:

“Misal olaraq, 2019-cu ildə Fransada dövlət müəssisələrində müsəlmanlara qarşı ayrı-seçkilik halları özəl sektorda çalışanlara nisbətdə daha çox olub. Fransa və digər Avropa ölkələri ilə bağlı konkret statistik məlumatlar var. İbadət evlərinin tikilməsinə gəlincə, Fransada 2500 məscid var. Əhalinin 10%-i müsəlmandır. Həmin məscidlər bir otaqdan ibarətdir. Kənardan dəstəyi isə ölkə rəhbərliyi Fransanı islamlaşdırmaq kimi qəbul edir”.G.İsmayılov əlavə edib ki, özəl təhsil müəssisələrində dini təhsil almaq üçün müraciət edən gənclərin 60%-dən yuxarısı imtina cavabı alır:

“Getdikcə bəzi Avropa ölkələrində müsəlmanlar CV-lərini təqdim etdikdə dini inanclarını göstərməməyə meyilli olurlar. Bir sıra Avropa ölkələrində, xüsusilə də Fransada müsəlmanlar arasında işsizlik faizi həddindən artıq çoxdur”.

O qeyd edib ki, Fransada müsəlmanlara qarşı islamofobiyanın 80%-i məhz qadınlara yönəlib:

“Bu ölkədə dini məzmunlu təhsil də yalnız özəl müəssisələrdə tədris olunur. Müsəlman dini icmalar dövlətdən güzəşt əldə etməkdə çətinlik çəkirlər”. 

Əvvəlki məqaləArarat Mirzoyan: “Azərbaycanla bir çox məsələdə razılığa gələ bilmişik”
Növbəti məqalədəSOCAR və “KazMunayGaz” əməkdaşlıq münasibətlərini genişləndirir