UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq.
Oxu.Az-ın məlumatına görə, bu gün mərhələnin son iki cavab oyunu keçiriləcək.İtaliya A Seriyasının lideri “İnter” İspaniyada “Atletiko”nun qonağı olacaq. İlk görüşdə 1:0 hesablı qələbə qazanan milanlılar bu üstünlüyü səfərdə qorumağa çalışacaqlar.Digər cütdə Almaniya “Borussiya”sı Dortmundda Niderland təmsilçisi PSV-ni qəbul edəcək.Qeyd edək ki, buna qədər “Real”, “Barselona” (hər ikisi İspaniya), “Mançester Siti”, “Arsenal” (hər ikisi İngiltərə), “Bavariya” (Almaniya) və PSJ (Fransa) 1/4 finala vəsiqə qazanıblar.










