Şimali Koreya lideri Kim Çen In ölkə ordusunun ən yeni tankının sınaqlarında iştirak edib.Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat verib.
Bildirilir ki, o, KXDR-də keçirilən tank heyətinin yarışlarında iştirak edib.“Kim Çen In şəxsən yeni tipli döyüş tankında oturdu və sükanı möhkəm tutaraq tankı idarə etdi, bununla da ordumuzun tankçılarının yüksək əhvali-ruhiyyəsini yüz qat gücləndirdi”, – deyə məlumatda vurğulanıb.O da vurğulanır ki, Şimali Koreya lideri döyüş maşınının güclü zərbə qüvvəsini və manevr qabiliyyətini yüksək qiymətləndirib.










