Ev İdman Fransa millisinin futbolçusu komandanı tərk etdi

Fransa millisinin futbolçusu komandanı tərk etdi

84

Mamadu Diavara Ramazan ayında oruc tutmaq qadağasına görə Fransanın U-19 futbol yığmasını tərk edib.

Qeyd olunur ki, daha əvvəl Fransa Futbol Federasiyasının prezidenti “Le Figaro” nəşrinə müsahibəsində milli komandanın tərkibində Ramazan ayında oruc tutmağı qadağan edən yeni qaydaları açıqlayıb və bunu təşkilatın nizamnaməsində nəzərdə tutulan neytrallıq prinsipinə riayət etməklə izah edib. Qadağa U-16-dan başlayaraq bütün yaş qrupları üzrə Fransa milli komandalarına şamil edilir.19 yaşlı forvard yeni qaydalara görə diskomfort hiss etdiyi üçün “Lion”a qayıtmaq qərarına gəlib.Diavarın əvəzinə Fransanın 19 yaşadək futbolçulardan ibarət milli komandasına Nantdan Demaine Assoumani çağırılıb.

Əvvəlki məqaləPeşəkar Futbol Liqasının prezidentinə ağır İTKİ
Növbəti məqalədəTanınmış həkim vəfat etdi