Ev Təhlil Komorbid pasiyentlərdə qəbizlik

Komorbid pasiyentlərdə qəbizlik

26

Mövcud tövsiyələrə əsasən, qəbizlik sərbəst ixtiyari defekasiya aktları arasındakı intervalın 72 saata qədər və daha çox müddətə uzanması, nəcis kütlələrin forması və konsistensiyasının dəyişməsi (bərk, fraqmentasiya olunmuş nəcis – Bristol cədvəli üzrə 1 və 2-ci tipli), bağırsağın tam boşalmaması hissiyyatı, izafi və bəzən faydasız gücənmə ehtiyacı, işlədici preparatlardan, yaxud yüngülləşdirən manipulyasiyalardan (imalə, transanal və ya transvaginal əl müavinəti) asılılıq xarakteri alan defekasiya aktı kimi simptomlar kompleksi ilə müşayiət olunmasıdır. Ailehekimi-nin araşdırmasına əsasən, qəbizliklə bağlı pasiyentlər müxtəlif ixtisaslı həkimlərə müraciət edir, bu da xəstəliyin polietioloji xarakteri ilə bağlıdır. Yoğun bağırsağın anomaliyaları və inkişaf qüsurları, innervasiyasının pozulması (dolixosiqma, dolixokolon, meqakolon, Girşprunq xəstəliyi və s.), eləcə də qıcıqlanmış bağırsaq sindromu ilkin qəbizliyə aiddir. İkincili qəbizlik daha çox ahıl yaşlı və qocalıq dövrünü yaşayan pasiyentlərdə başqa xəstəliklər, bağırsaq zədələnməsi (rektosele, anal çat, fəsadlaşmış babasil, kolorektal xərçəng, divertikulyar xəstəlik, işemik kolit, bağırsağın iltihab xəstəlikləri və s.); yoğun bağırsağın kənardan sıxılması (yumurtalıq şişləri və s.); nevroloji xəstəliklər (Parkinson xəstəliyi, onurğa beyini şişi, beyin qan dövranının kəskin pozulması, dağınıq skleroz və s.); endokrin pozuntular (şəkərli diabet (ŞD), hipotireoz, akromeqaliya, postmenopauzal qəbizlik); elektrolit mübadilə pozuntuları (hipokaliemiya, hiperkalsiemiya); dərman vasitələri qəbulu (antixolinergik, antiparkinsonik, antiaritmik, antihistamin preparatlar, trisiklik antidepressantlar, analgetiklər, neyroleptiklər, spazmolitiklər, kalsium kanalları blokatorları, öd turşuları sekvestrantları, preparatov, aluminium, kalsium, vismut, dəmir sulfatı tərkibli preparatlar, oral kontraseptivlər və s.) fonunda yaranır.

Həzm sisteminin yaşla bağlı anatomik, struktur və funksional dəyişikliklər yaşlı pasiyentlərdə inkişaf edən qəbizlik hallarında nəzərə alınmalıdır. “Gümüş yaşlı” pasiyentlərdə mədə-bağırsaq traktının uzunluğu artır, selikli və selikaltı qişanın sklerotik dəyişiklikləri, sekretor hüceyrələrin sayının azalması, əzələ liflərin birləşdirici toxuma ilə əvəz olunması və s. qeyd olunur. Bütün bunlar mədə-bağırsaq traktı ilə tranziti ləngidir və defekasiya aktını pozur. Bununla yanaşı, yaşla bağlı yoğun bağırsağın şəkərlitik və proteolitik mikroflorası nisbəti pozulur. Şəkərlitik flora (bifidobakteriyalar, laktobasillər, propionobakteriyalar, kokklar) proteolitikdən geri qalır (bakteroidlər, protey, eşerixiyalar, klostridiyalar), sonuncu isə zülalların bağırsaq hidrolizi məhsullarını metabolizə edir və aromatik amin turşuları, endogen kanserogenlər sintez edir. Bağırsaq mikrobiotası yoğun bağırsaq peristaltikasını, sekresiyanı və absorbsiyanı modul­yasiya etməklə mikrobların metabolik aktivliyi hesabına qəbizlik törədə bilər. Ahıl yaşlı adamların həyat tərzi də qəbizliyə şərait yaradır. Rasionda sellülozun az olması, əsasən, termik emaldan keçmiş qidanın istifadə olunması, qida ritminin pozulması (gündə 1-2 dəfə), stomatoloji problemlərlə bağlı çeynəmənin çətinləşməsi qəbizliyə səbəb olur. Qeyri-medikamentoz tədbirlər effekt vermə­dikdə osmotik işlədicilər tövsiyə olunur (makro­qol-4000, laktuloza), nəcis kütləsinin həcmini artıran vasitələr (psillium – bağayarpağı toxumu, metilsellüloza, dəniz kələmi, kəpək, polikarbofil).

Qida lifləri insan orqanizminin fermentləri ilə həzm olunmayan, amma faydalı bağırsaq mikro­florasının emal etdiyi qida maddələridir. Qida lifləri yalnız bitkilərin tərkibindən alınır. Qida lifləri tərkibinə və keyfiyyətinə görə fərqlənir. Həll olunan liflər ağır metalları, toksik maddələri, radioizotopları, xolesterini yaxşı xaric edir. Həll olunmayan liflər suyu saxlayaraq bağırsaqda yumşaq elastik kütlənin formalaşmasına və asan xaric olunmasına kömək edir. Lakin qida liflərinin fraksiyaları daha qiymətlidir, belə ki, qeyri-nişastalı polisaxaridlər sellüloz və qeyri-sellüloz polisaxaridlərə ayrılır. Qeyri-sellüloz polisaxaridlər suda həll (hidrofil) və suda həll olunmayan (hidrofob) komponentlərə ayrılır. Hidrofil heteropolisaxaridlər (seliklər), adətən, tamlığı pozulmamış bitki hüceyrələrində əmələ gəlir, neytral seliklər monosaxaridlərin polimerizasiya məhsuludur.

Əvvəlki məqaləAzarkeşlər zəif nəticələrə görə “Zaqlembe”nin baş məşqçisini döydülər
Növbəti məqalədəİlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib