Masallıda yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un cənub bürosunun məlumatına görə, hadisə ilə əlaqədar Masallı Rayon Mərkəzi Xəstəxanasına rayonun Sərçuvar kəndi ərazisində baş verən qəza ilə bağlı dörd yaralı daxil olub.Onlar 1953-cü il təvəllüdlü Gülxar Əziz qızı Mirzəyeva, 1964-cü il təvəllüdlü Gülnisə Seyid qızı Sucayeva, 1979-cu il təvəllüdlü Dilqəm Akif qızı Zülfiyeva və 1998-ci il təvəllüdlü Elçin Alışan oğlu Həsənzadədir.
Yaralıların üçü reanimasiya şöbəsinə yerləşdirilib.










