Ev Siyasət ABŞ səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib

ABŞ səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib

55

“Bugünkü mina partlayışı nəticəsində ANAMA əməkdaşının yaralanması xəbəri bizi kədərləndirdi”.

Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşım edilib.Qeyd olunub ki, Birləşmiş Ştatlar Azərbaycanın ərazilərinin minalardan təmizlənməsi üzrə səyləri dəstəkləyir.

Səfirlik eyni zamanda indiyədək baş vermiş mina partlayışları nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, bu gün işğaldan azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində mina hadisəsi baş verib. ANAMA əməkdaşı 1981-ci il təvəllüdlü Elçin Aydın oğlu Quliyev xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarətlər alıb.

Əvvəlki məqalə23 illik həbs cəzasına məhkum edilən sabiq Hollivud prodüseri azadlığa buraxılacaq?
Növbəti məqalədəÖzəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi