UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk görüşlərinə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, bu gün Almaniyanın “Borussiya” (Dortmund) komandası doğma meydanda Fransa təmsilçisi PSJ-ni sınağa çəkəcək.Hər iki kollektiv 1/4 finalda İspaniya təmsilçilərini mübarizədən kənarlaşdırıblar. Dortmund klubu “Atletiko”dan (Madrid), fransızlar isə “Barselona”dan güclü olublar.“Siqnal İduna Park”da keçiriləcək “Borussiya” – PSJ matçı saat 23:00-da başlayacaq.










