Xankəndidəki Qarabağ Universiteti yeni tədris ilinə hazırdır.Oxu.Az xəbər verir ki, bu barədə görüntülər İTV-nin efirində yayımlanıb.Kadrlarda son tamamlanma işlərinin getdiyini görmək mümkündür.Qeyd edək ki, Qarabağ Universiteti 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. Universitetdə ilkin mərhələdə 1 000 nəfərə yaxın tələbənin təhsil alması nəzərdə tutulur.










