Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Belarus Prezidenti Aleksandr Lukaşenkoya işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verdi.Emin Hüseynov: Hörmətli cənab prezidentlər, sabahınız xeyir, xoş gəlmisiniz.Prezident İlham Əliyev: Bu regiondakı xüsusi nümayəndədir.Prezident Aleksandr Lukaşenko: Üç rayonda?Prezident İlham Əliyev: Bəli, üç rayonda. Füzuli haqqında danış.Emin Hüseynov: Füzuli bir vaxtlar əhalinin sıx yaşadığı, çiçəklənən şəhər idi. Şəhər azad ediləndən sonra biz onun xarabalıqlarını tapdıq. Bu, şəhərin əsas yaşayış massivlərinin və ictimai binaların olduğu tarixi mərkəzidir. Tağın olduğu yerdə sovet dövründə məşhur “Araz” qəzetinin redaksiyası yerləşib. Yaxınlıqdakı üçbucaqlı bina Mədəniyyət evi olub. Sonra prokurorluğun binası gəlir.Prezident İlham Əliyev: Sizin burada gördüklərinizin hamısı, bütün bu ərazidə olanlar, dediyim kimi, Livanın ərazisindən 1,5 dəfə çoxdur, təxminən 15 min kvadratkilometrdir. Hamısı xarabalığa çevrilib. Təkcə onların qanunsuz məskunlaşdığı iki-üç yerdə tikililər hələ də qalırdı. Amma bu zona – Füzuli-Ağdam tamamilə yerlə-yeksan edilib.Prezident Aleksandr Lukaşenko: Amma burada heç nə bərpa olunmayacaq?Prezident İlham Əliyev: Yox, bir hissəsini xatirə kimi saxlayacağıq. Bu hissə hamının buraya gəlməsi və bu vəhşiliyi görməsi üçün konservasiyada qalır. Şəhərin özü isə bu hissədə salınır, birinci məhəllə tikilir. Orada isə böyük park olacaq.Emin Hüseynov: Bunlar şəhərin aşkar etdiyimiz bəzi fotoşəkilləridir. Biz Füzuli şəhərini bu vəziyyətdə gördük, faktiki olaraq o, yer üzündən silinmişdi. Bizim səkkiz belə şəhərimiz var.Prezident Aleksandr Lukaşenko: İlham Heydər oğlu deyir ki, ən başlıcası bunlar döyüşlər zamanı deyil, işğal dövründə baş verib. Sadəcə, məqsədyönlü şəkildə dağıdırdılar.Emin Hüseynov: 30 il ərzində sistemli şəkildə hər şeyi – bizim milli, tarixi, mədəniyyət obyektlərimizi dağıdıb, talayıb və məhv ediblər.Prezident İlham Əliyev: Qəbiristanlığı yerlə-yeksan ediblər. Qəbiristanlıqlarda kənd təsərrüfatı məhsulları əkib-becəriblər.Emin Hüseynov: Bu, təkcə İslam dininə, tarixinə və mədəniyyətinə aid obyektlər deyil. Orada pravoslav kilsələri də var.










