Ev İdman “Mançester Siti”nin qapıçısı Edersonun adı milli komandanın iştirak ərizəsindən çıxarılıb

“Mançester Siti”nin qapıçısı Edersonun adı milli komandanın iştirak ərizəsindən çıxarılıb

60

“Mançester Siti” klubunun təcrübəli qolkiperi Ederson ötən gün “Vest Hem”lə keçirilən görüşdə zədə aldığı üçün Braziliya millisinin iştirak ərizəsindən çıxarılıb.Məlumata görə, Amerika Kubokunda çıxış edəcək Braziliya millisinin qolkiperi ciddi zədə aldığı üçün seçmə komandanın heyətindən çıxarılıb.

30 yaşlı qapıçının yoxluğu Dorival Juniorun planlarını korlayıb.Təcrübəli çalışdırıcı əsas heyət üçün yenidən qolkiper seçməli olacağını bildirib.Qeyd edək ki, builki Amerika Kubokuna iyunun 21-də Argentina-Kanada görüşü ilə start veriləcək.

Əvvəlki məqaləAzərbaycanın daha dörd cüdoçusu dünya çempionatında mübarizəyə başlayır
Növbəti məqalədə“Ferrari”lərin yarışı keçirildi: Saniyələr içində finişə çatdı