Ev Dünya Nigeriya ordusu yüzlərlə girovu əsirlikdən azad etdi

Nigeriya ordusu yüzlərlə girovu əsirlikdən azad etdi

63

Nigeriya silahlı qüvvələri “Boko Haram” terror qruplaşmasının əlində olan 350 girovu xilas edib.

Silahlı qüvvələr əməliyyatı Kamerun-Niger sərhədi boyunca uzanan və yaraqlıların əsas gizləndiyi yer olan Sambisa meşəsində həyata keçirib.

Nəticədə hərbçilər 209 uşaq, 135 qadın və 6 kişini xilas edə biliblər. Azad edilənlər Borno əyalətinin paytaxtı Mayduquriyə aparılıb və orada mülki hakimiyyət orqanlarına təhvil verilib.

Əməliyyat zamanı qruplaşmanın bir neçə silahlısı məhv edilib.

Əvvəlki məqaləPortuqaliya millisi Avropa Çempionatına 39 yaşlı Ronaldu ilə gedir
Növbəti məqalədəNəsli kəsilmiş quşun tükü dünyanın ən bahalı lələyi oldu