Ev İdman “Çelsi” avrokuboklardan kənarda qala bilər – SƏBƏB

“Çelsi” avrokuboklardan kənarda qala bilər – SƏBƏB

121

“Çelsi” klubu maliyyə problemlərinə görə UEFA Konfrans Liqasında çıxış etməyə bilər.Məlumata görə, UEFA klublara avrokuboklara qatılmaq üçün dəvət göndərdiyi zaman iki il müddətində maksimum 68,9 milyon avro zərər etmələrinə icazə verir. “Çelsi” isə son iki ildə sadəcə vergi ödəmələrinə görə 90,1 milyon avro zərər edib.

Bu səbəbdən “zadəganlar” UEFA Konfrans Liqasında çıxış etmə şanslarını itirə bilərlər.Qeyd edək ki, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Aston Villa” UEFA Çempionlar Liqasında çıxış edəcəklər. “Mançester Yunayted” Federasiya Kubokunu qazandığı üçün “Tottenhem” ilə birlikdə UEFA Avropa Liqasına yollanıb. 6-cı pillədə qərarlaşan “Çelsi” UEFA Konfrans Liqasında çıxış etməli olacaq.

Əvvəlki məqaləPapua-Yeni Qvineyada TƏHLÜKƏ: İki mindən çox insan dağıntı altında qaldı
Növbəti məqalədə“Revanşist qüvvələr buna maneə olmağa çalışır”