Ev Cəmiyyət Astarada yük maşını velosipedçini vurdu

Astarada yük maşını velosipedçini vurdu

82

Astarada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Astara rayonun Züngüləş kəndində baş verib.Hərəkətdə olan “QAZ-66” markalı yük maşını, velosipedlə hərəkətdə olan Astara rayonunun Ərçivan qəsəbə sakini 2010-cu il təvəllüdlü O.N-u vurub.Qəza nəticəsində yeniyetmə ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Vəziyyəti ağır olan yeniyetmə dərhal əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləCOP29 Sədrliyinin Könüllülər Mərkəzinin açılışı olub
Növbəti məqalədəŞahbuzda minaatan mərmi aşkarlandı, zərərsizləşdirildi