Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan futbol üzrə ölkə Super Liqasının 2023-2024 mövsümünü çempion olaraq başa vuran “Qalatasaray” İdman Klubunun idarəçiləri, texniki heyəti və idmançılarını qəbul edib.
Prezident iqamətgahənda baş tutan görüşdə “Qalatasaray”ın prezidenti Dursun Özbek, vitse-prezident Metin Öztürk, məşqçi Okan Buruk və gənc idmançılar iştirak ediblər.Dursun Özbek prezident Ərdoğana 53 nömrəli “Qalatasaray” formasını hədiyyə edib.Ərdoğan və “Qalatasaray” heyəti komandanın bu mövsüm qazandığı kuboklarla foto çəkdiriblər.










