Ev Siyasət Erməni politoloq: “Baqrat Qalstanyanın başlatdığı etirazlar sönmək üzrədir”

Erməni politoloq: “Baqrat Qalstanyanın başlatdığı etirazlar sönmək üzrədir”

70

“Ermənistanda Baqrat Qalstanyanın başlatdığı etirazlar sönmək üzrədir. Bu onunla bağlıdır ki, onun aydın şəkildə formalaşdırılmış gündəliyi olmayıb”.

Bunu fikri “Respublika naminə” partiyasının üzvü, Ermənistan Demokratiya və Təhlükəsizlik Mərkəzinin direktoru, politoloq Arnold Bleyan Baku TV-yə müsahibəsində deyib.

“Xüsusilə sərhədyanı ərazilərdə təhlükəsizliklə bağlı haqlı problemləri olan insanlar var. Keçmiş hakimiyyətə bağlı olan bir qrup şəxs onların hisləri ilə oynayır və hansısa siyasi mənfəət əldə etməyə çalışırlar. Biz bunu 2021-ci ildə də gördük və indi yenidən bu repertuardan istifadə edirlər”.

Əvvəlki məqaləİranda prezidentliyə əsas namizədlərin adları AÇIQLANDI
Növbəti məqalədəİlham Əliyev İbrahim Rəisinin vəzifələrini icra edən şəxslə danışıb