Ev İqtisadiyyat Nikolay Nikolayev: “COP29-un Azərbaycanda keçirilməsi çox yaxşıdır”

Nikolay Nikolayev: “COP29-un Azərbaycanda keçirilməsi çox yaxşıdır”

70

Azərbaycanda noyabr ayında mühüm bir hadisə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Müzakirə mövzularından birinin su ehtiyatlarının çatışmazlığı – su problemi olacağı gözlənilir.

Bundan əlavə, böyük beynəlxalq tədbir Xəzərin sürətlə quruması fonunda keçiriləcək.Bu məsələni müzakirə etmək nə dərəcədə vacibdir və ən başlıcası, hər kəsin öz maraqlarının olduğunu, suyun hər kəs üçün gərəkli olduğunu nəzərə alaraq bütün ölkələrin fəaliyyətlərini necə əlaqələndirmək olar?Bu barədə Oxu.Az yaxınlarda Rusiyanın “Parlamentskaya qazeta” nəşrində su probleminə aid konseptual məqaləsi dərc olunmuş Rusiya Dövlət Dumasının Əmlak, torpaq və mülkiyyət münasibətləri komitəsinin müavini, “Vahid Rusiya” fraksiyasının üzvü Nikolay Nikolayevlə söhbət edib:- İqlim üzrə beynəlxalq konfrans göstərdi ki, BMT çərçivəsində iqlim mövzusu, bəlkə də, bütün dünya ölkələrini birləşdirən yeganə problemdir. Eyni zamanda, digər məsələlərdə çoxsaylı münaqişələr, şərhlər və s. var. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fəaliyyətinə, insan hüquqları sahəsinə baxın, geosiyasi məsələlərdən isə heç danışmıram. Beləliklə, Bakıda keçiriləcək COP29 Beynəlxalq İqlim Konfransı mühüm bir hadisədir.Qeyd etmək lazımdır ki, son vaxta qədər BMT-nin iqlim siyasətinə dair yalnız bir nöqteyi-nəzəri vardı, o da ABŞ-nin keçmiş vitse-prezidenti Albert Qorun konsepsiyası ilə diktə olunurdu.

Vurğulanırdı ki, iqlim dəyişikliyinin səbəbi istixana qazlarının, ilk növbədə CO2-nin konsentrasiyasıdır. Lakin bu konsepsiyada su mövzusu ikinci dərəcəlidir. BMT-nin beynəlxalq iqlim siyasətinin əsas məqsədi istixana qazlarının azaldılmasıdır. Bəs bu nəyə gətirib çıxardı? Dünyadakı iqlim problemi ilə bu və ya digər şəkildə əlaqəli olan vəsaitlərin əksər hissəsinin CO2 məsələlərinə xərclənməsinə.İqlim dəyişiklikləri aşkardır, bunlar milyonlarla insana təsir edir. Lakin diqqət suya yönəldilməlidir. Bu problem isə iqlim dəyişikliyinin nəticəsi kimi qəbul edilir və istixana qazlarının azaldılmasını tələb edir. Mənə görə, su mövzusu, xüsusilə Avrasiya qitəsi üçün əsas olmalıdır.

Əvvəlki məqaləAnkarada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü başlayıb
Növbəti məqalədəQubadlının bir kəndində üç milyonluq layihə icra olunacaq