Ev İqtisadiyyat Mikayıl Cabbarov Luis Permuy ilə görüşüb

Mikayıl Cabbarov Luis Permuy ilə görüşüb

68

İqtisadiyyat naziri Mikayıl Cabbarov İspaniyanın “İndra Sistemas” şirkətinin vitse-prezidenti Luis Permuy ilə görüşüb.

Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.Bildirilib ki, görüşdə “Indra Sistemas” şirkətinin ölkəmizdə həyata keçirdiyi layihələr və Azərbaycanda istehsalın lokallaşdırılması üçün potensial imkanlar ətrafında fikir mübadiləsi aparılıb, qarşıdakı dövrdə əməkdaşlıq planları müzakirə edilib.

Qeyd edək ki, İT və kommunikasiya xidmətləri, İT konsaltinq, avtomatlaşdırılmış sınaq avadanlıqları və digər sahələrdə ixtisaslaşmış İspaniyanın “Indra Sistemas” şirkəti dünyanın 46 ölkəsində fəaliyyət göstərməklə 140-dan çox ölkə ilə biznes tərəfdaşlığı qurub.

Əvvəlki məqaləİlham Əliyev Vladimir Putinə məktub göndərdi
Növbəti məqalədəAzərbaycan Mərkəzi Bankı daha bir şirkətə müddətsiz lisenziya verdi