Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında daha bir oyun baş tutub.
Oxu.Az xəbər verir ki, E qrupunun ilk matçında Rumıniya millisi Ukrayna ilə üz-üzə gəlib.Qarşılaşma rumınların inamlı qələbəsi ilə bitib – 3:0.26-cı dəqiqədə Nikolae Stanku, 53-cü dəqiqədə Razvan Marin, 57-ci dəqiqədə Denis Draquş fərqləniblər.E qrupunun Belçika – Slovakiya görüşü bu gün Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.










