Ev İqtisadiyyat Əfqan İsayev: “SOCAR regionun enerji xəritəsinin formalaşmasında əsas rol oynamaq niyyətindədir”

Əfqan İsayev: “SOCAR regionun enerji xəritəsinin formalaşmasında əsas rol oynamaq niyyətindədir”

74

“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirak edərək iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasına kömək edəcək tədbirlər və müzakirələr təşkil etməyi planlaşdırır”.

“Report” xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev “Euronews”a açıqlamasında deyib.Ə.İsayev digər milli və beynəlxalq neft şirkətləri ilə birgə səylərin vacibliyini vurğulayıb:

“Strateji tərəfdaşlıqlar və perspektivli layihələr vasitəsilə SOCAR gələcək nəsillər üçün dayanıqlı gələcəyi təmin etməyi hədəfləyir”.

“SOCAR strateji mövqe tutur ki, regionun gələcək enerji xəritəsinin formalaşmasında əsas rol oynasın”, – deyə o vurğulayıb.Vitse-prezident, həmçinin “Euronews”a şirkətin karbohidrogen və aşağı karbonlu biznes portfelini tarazlaşdırmaq məqsədilə ənənəvi neft-qaz müəssisəsindən 2035-ci ilə qədər enerji sahəsində şaxələndirilmiş lider şirkətə çevirmək planları və addımları barədə danışıb.Ə.İsayev SOCAR karbonsuzlaşdırmaya sadiqliyini vurğulayaraq, emissiya səviyyəsini qlobal sənaye liderlərinin səviyyəsinə uyğunlaşdırmaq niyyətində olduğunu deyib.O bildirib ki, dövlət şirkəti strateji qlobal oyunçularla əməkdaşlıq edir, o cümlədən iki günəş və bir külək elektrik stansiyası da daxil olmaqla 1 GVT gücündə bərpa olunan enerji mənbələrinin, həmçinin ekoloji cəhətdən təmiz hidrogen istehsalına yönəlmiş 2 GVT gücündə dəniz külək enerjisi layihəsinin hazırlanmasına başlayıb.

Əvvəlki məqaləŞimali Kipr Prezidenti Ersin Tatar Füzuli rayonuna gəlib
Növbəti məqalədəİşəgötürənlər qanunvericiliyin ən çox hansı qaydalarını pozurlar? – AÇIQLAMA