Ev Siyasət Şimali Kipr Prezidenti Ersin Tatar Füzuli rayonuna gəlib

Şimali Kipr Prezidenti Ersin Tatar Füzuli rayonuna gəlib

67

Ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək məqsədilə iyulun 5-də Füzuli rayonuna gəlib.

AZƏRTAC xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Şimali Kipr Prezidenti Ersin Tatarı Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Əvvəlki məqaləMüvəqqəti işlər vəkili: “Bakı ilə Pekin arasında ikitərəfli əlaqələr zamanın sınağından çıxıb”
Növbəti məqalədəƏfqan İsayev: “SOCAR regionun enerji xəritəsinin formalaşmasında əsas rol oynamaq niyyətindədir”