Fransa millisinin ulduz futbolçusu Kilian Mbappe AVRO-2024-ün 1/4 final mərhələsində Portuqaliya ilə görüşdən sonra Kriştianu Ronaldunun ailəsini ziyarət edib.Məlumata görə, fransalı ulduz hücumçu Ronaldunun anası ilə görüşüb və şəkil çəkdirib.Kilian Mbappe Ronaldunun anasına:
“Mən hər şeyimi Kriştianuya borcluyam. O olmasa idi, mən bu qədər əzmkarlıq nümayiş etdirə bilməzdim”, – deyib.Qeyd edək ki, Fransa millisi yarımfinalda İspaniya ilə üz-üzə gələcək.










