Ev İqtisadiyyat Prezident İlham Əliyev: “Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir”

Prezident İlham Əliyev: “Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir”

94

“Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biridir”.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında deyib.Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyətinin Azərbaycanın əlavə sərmayəsi nəticəsində bir milyondan beş milyon tona çatdırıldığını vurğulayan dövlətimizin başçısı bildirib:”Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda altı gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək”.

Əvvəlki məqalə“Haber Global”: Türk dövlətləri Şuşada bir araya gəldilər
Növbəti məqalədəSatışda olan kolbasa ilə bağlı dəhşətli fakt ortaya çıxdı