Ev Cəmiyyət Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA

86

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

İyulun 9-u saat 9:00-a olan məlumata görə, hava şəraiti əsasən yağmursuz keçib, lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağıb.

Düşən yağıntının miqdarı Göyçay, Şahdağ, Neftçala, Şəkidə 1 mm-dək olub.

Şərq küləyi iyulun 8-də sarı xəbərdarlığa uyğun olaraq Gəncədə 18 m/s, Culfa, Şahbuzda 17 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 33, Aran rayonlarında 39, dağlıq rayonlarda 29 dərəcəyədək isti olub.

Əvvəlki məqaləRayonlarda kiloqramı 50 qəpiyə olan xiyar niyə Bakıda iki manata satılır?
Növbəti məqalədəBakıdakı güclü yanğında 24-ü uşaq olmaqla 60 nəfər təxliyə edilib