Ev İdman Amerika Kuboku: Final uğrunda mübarizədə Uruqvay Kolumbiyaya qarşı

Amerika Kuboku: Final uğrunda mübarizədə Uruqvay Kolumbiyaya qarşı

88

Amerika Kubokunun yarımfinalında Uruqvay və Kolumbiya finala yüksəlmək üçün mübarizə aparacaqlar.

Oxu.Az xəbər verir ki, gərgin mübarizə vəd edən görüşün qalibi finalda Argentina millisi ilə qarşılaşacaq.Nominal meydan sahiblərinin heyətində Ronald Arauxo zədə, Neytan Nandes isə cəza üzündən görüşü buraxmalı olacaqlar. Kolumbiya seçməsində isə zədəlilər və itkilər yoxdur.Rəqiblər indiyədək ümumilikdə 37 dəfə qarşılaşıblar. Bunlardan 16-da Uruqvay, 11-də isə Kolumbiya millisi qalib gəlib.Maraqlıdır ki, komandalar arasında keçirilən 37 görüşdən yalnız ikisi penaltilər seriyasınadək uzanıb. Hər iki seriya isə Kolumbiya seçməsinin qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, görüşü Sezar Arturo Ramuşun başçılığı ilə meksikalı hakimlər briqadası idarə edəcək.

Əvvəlki məqaləQarabağ Universitetində yeni təyinat
Növbəti məqalədəAnxel Di Maria Argentina klubuna keçib