Ev Cəmiyyət Bakıda yaşayış binasında yanğın: 10 nəfər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın: 10 nəfər təxliyə edildi

62

Bakıda yaşayış binasında yanğın olub.

Oxu.Az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Məlumata görə, Suraxanı rayonunda dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 84 kvadratmetr olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 20 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan mənzilin dəhlizi 8 kvadratmetr sahədə qarsalanıb və 3-cü mərtəbədə yerləşən mənzilin 1 ədəd plastikdən ibarət pəncərəsi əriyib.Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əvvəlki məqaləŞəkidə itkin düşən 18 yaşlı qız tapıldı
Növbəti məqalədəTrampa sui-qəsd cəhdi onun qalib gəlmə şansını artırıb