Ev İqtisadiyyat Sənədsiz evlərin qeydiyyat məsələsi nə vaxt həllini tapacaq?

Sənədsiz evlərin qeydiyyat məsələsi nə vaxt həllini tapacaq?

64

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda daşınmaz əmlak üzərində 121 061 mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Əmlak Məsələləri Dövlət Xidməti xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,5 faiz azdır. Dörd aylıq göstəricinin 18 440-ı (15,2 faizi) ilkin, 102 621-i isə (84,8 faizi) təkrar qeydiyyatın payına düşüb. Bunlar isə bir il əvvələ nisbətən müvafiq olaraq 34,1 və 32,2 faiz azdır. Yanvar-aprel aylarında fərdi yaşayış və bağ evi üzərində 17 896, mənzil üzərində 26 445, torpaq sahəsi – 72 951, qeyri-yaşayış binası – 1 047, qeyri-yaşayış sahəsi – 2 470, əmlak kompleksi – 240, çoxmərtəbəli yaşayış binası üzərində isə 12 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Rəqəmlərdən də göründüyü kimi, əmlakların qeydiyyatı prosesində azalma müşahidə edilir.Əmlak eksperti Ramil Qasımzadənin sözlərinə görə, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının azalması əsasən bazarda alqı-satqı əməliyyatlarının azalması ilə əlaqədardır: “Rəqəmlərdən də görünür ki, bu ilin birinci rübü ərzində həm ilkin, həm də təkrar mənzil bazarında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasında azalmalar müşahidə edilib. Bunun əsas səbəblərindən biri mənzil bazarındakı qiymətlərdir. Keçən il mənzillərin qiymətində xeyli yüksəliş müşahidə edildi. Demək olar ki, 30 faizə qədər artım olduğunu söyləyə bilərik. Amma bu ildən başlayaraq qiymətlər o dərəcədə qalxdı ki, bu, alqı-satqı prosesinə də təsir göstərdi. Hazırda daşınmaz əmlak bazarında alıcı qıtlığı yaşanır. Bu da notarial qaydada alqı-satqı əməliyyatlarının azalmasına təsir edib”.R.Qasımzadə bildirdi ki, yaxın zamanda əmlakların qeydiyyat məsələsi öz həllini tapacaq: “Mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı sənədsiz evlərin qeydiyyatının bu il ərzində başa çatdırılması planlaşdırılır. Ölkədə, xüsusilə də Bakı şəhərində mənzillərin qeydiyyata alınması ilə bağlı son tamamlanma işləri gedir. Bunun üçün xüsusi portal üzərindən fəaliyyət həyata keçirilir. Həmin portala qeydiyyatı olmayan evlərlə bağlı müraciətlər də qəbul ediləcək”.

Əvvəlki məqaləPrezident İlham Əliyev: “Donald Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq”
Növbəti məqalədəBakı Gəmiqayırma Zavodu: Davamlı innovasiyalar vasitəsilə istehsalın artırılması