Ev İqtisadiyyat Dördüncü “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlanıb

Dördüncü “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlanıb

77

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri müəyyənləşib.

Müsabiqənin İşçi Qrupundan Oxu.Az-a bildirilib ki, ölkəmizdə idarəetmə sahəsinin peşəkarları arasında təşkil olunmuş ilk müsabiqə hesab olunan “Yüksəliş”in builki final mərhələsində iştirak etmiş 118 namizəddən ən yüksək bal toplayan 25 nəfər qalib adını qazanıb. Dördüncü mövsümün qaliblərindən 18 nəfəri öncəki müsabiqələrin müxtəlif mərhələlərində iştirak edib. Ən gənc qalibin 24, ən yaşlı qalibin isə 38 yaşı var. Qalib gələn iştirakçıların 45.71 faizi dövlət, 42.86 faizi özəl, 2.86 faizi QHT-lərdə çalışır.

Qeyd edək ki, final mərhələsi üzrə ən yüksək nəticə 19 bal olub.Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqənin yarımfinal və final mərhələlərinin qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan “Qiymətləndirmə konfransı” metodu ilə həyata keçirilib. Yarımfinal mərhələsində strateji düşüncə, effektivliyin idarə edilməsi, nəticəyönümlülük, komanda işi, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, sosial məsuliyyət, liderlik səriştələri əsasında ekspertlər tərəfindən qiymətləndirmə aparılıb. Ötən illərdən fərqli olaraq bu il finalda iştirakçılar ekspertlər tərəfindən “İdarəçi rollar modeli” üzrə qiymətləndirilib.

Finalın ən yaddaqalan anlarından biri isə təşkilat komitəsinin üzvləri və mentorların iştirakı ilə baş tutan “Mentor keysi”ndə yaşanıb. Belə ki, mentorlar iştirakçılarla birlikdə İşçi Qrupunun hazırladığı “Süni intellekt və gələcəyin əmək bazarı” adlı tapşırığı yerinə yetiriblər. Maraqlı mübarizənin və fikir mübadiləsinin sonunda mentorlar iştirakçılara əlavə bal verərək qiymətləndiriblər. Təqdim edilən mentor balı iştirakçıların ümumi balına əlavə edilib.Müsabiqənin şərtlərinə əsasən, 20 qalibin seçilməsi planlaşdırılsa da, 9 nəfər eyni nəticəni göstərdiyi üçün təşkilat komitəsi həmin iştirakçıların hər birinin səriştə və bacarıqlarının ədalətli qiymətləndirilməsi baxımından onların qalib elan olunmasına qərar verib.

Əvvəlki məqaləDövlət Gömrük Komitəsi ilk yarımildə büdcə öhdəliyini 100% icra edib
Növbəti məqalədəİlham Əliyev general-leytenantı təltif etdi