Ev İqtisadiyyat Gəncədə “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Gəncədə “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

79

Avqustun 6-8-də İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Gəncə şəhərində “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək.

Oxu.Az xəbər verir ki, yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Gəncə və ətraf bölgələrdən olan KOB subyektləri iyulun 31-dək agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB FEST – Gəncə” qeyd olunmalıdır).Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur.”KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını genişləndirməkdir. Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunacaq.

Qeyd edək ki, 2024-cü il ərzində artıq Göygöl və Şəki şəhərlərində “KOB FEST” sərgi-satış yarmarkaları təşkil olunub. Bu yarmarkalarda 170-dən çox KOB subyektinin məhsul və xidmətləri təqdim edilib və satışı həyata keçirilib

Əvvəlki məqaləAfrikada prezidentin sabiq mühafizəçisinə 182 il həbs cəzası verdilər
Növbəti məqalədəDövlət Gömrük Komitəsi ilk yarımildə büdcə öhdəliyini 100% icra edib