Ev Siyasət Əli Əsədov İranın birinci vitse-prezidentini təbrik etdi

Əli Əsədov İranın birinci vitse-prezidentini təbrik etdi

81

Azərbaycanın Baş naziri Əli Əsədov Məhəmməd Reza Arefə İran İslam Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Bu barədə “Report”a Nazirlər Kabinetindən məlumat verilib.Məktubda vurğulanıb ki, Azərbaycan Respublikası İran İslam Respublikası ilə ortaq dini-mədəni köklər, qarşılıqlı hörmət və mehriban qonşuluq kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət verir.Azərbaycan-İran əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə addımların atılmasına hazırlıq ifadə olunub.

Əvvəlki məqaləErmənistan və Türkiyənin xüsusi nümayəndələri sərhəddə görüşəcəklər
Növbəti məqalədəAzərbaycan Texniki Universitetinə rektor təyin edilib