Ev İdman ABŞ səfirliyi Hidayət Heydərovu təbrik edib

ABŞ səfirliyi Hidayət Heydərovu təbrik edib

69

ABŞ səfirliyi Azərbaycan idmançısını Olimpiya çempionu olması münasibətilə təbrik edib.

Oxu.Az xəbər verir ki, bununla bağlı ABŞ-nin Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşım edilib.”Hidayət Heydərovu qızıl medal qazanması münasibətilə təbrik edirik! Fədakarlığınız və zəhmətiniz həqiqətən öz bəhrəsini verdi. Bu inanılmaz nailiyyətdən həzz alın – bu sizin istedadınızın və əzmkarlığınızın sübutudur. Təbriklər Azərbaycan komandası – qarşıda daha böyük uğurlar və qızıl medallar ümidi ilə!” -deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, azərbaycanlı cüdoçu Hidayət Heydərov ötən gün Parisdə keçirilən Yay Olimpiya Oyunlarında finalda fransalı rəqibi Con Benjamin Qabaya qalib gələrək olimpiadanın qızıl medalını qazanıb.

Əvvəlki məqaləMisirli qılıncoynadan 2024-cü il Olimpiadasında yeddiaylıq hamilə ikən çıxış edib
Növbəti məqalədəƏli Əsədov Azərbaycanın İrandakı səfirliyində olub