Ev Cəmiyyət Bakının məşhur bazarının yaxınlığındakı yanğın söndürülüb

Bakının məşhur bazarının yaxınlığındakı yanğın söndürülüb

79

“Yanğın ərazidə olan kafedən başlayıb”.

Oxu.Az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qərargahının əməliyyat növbətçisi polkovnik-leytenant İlqar Nəsibov Baku Tv-yə açıqlamasında deyib.O bildirib ki, yanğının digər obyektlərə keçməsinin qarşısı alınıb və qısa müddət ərzində söndürülüb:

“Yanğın 14:25-də baş verib. Yanğın başlayandan 7 dəqiqə sonra FHN-in texnikaları və canlı qüvvəsi hadisə yerinə gəlib. Alov 150 kvadrat metr sahəni əhatə edib. Hadisə zamanı xəsarət alan olmayıb”.

Əvvəlki məqaləBƏƏ-nin iqtisadiyyat naziri Şuşada səhər yürüşündə
Növbəti məqalədəOlimpiya çempionu olan Azərbaycan cüdoçusu: “Sevinirəm ki, çəkdiyimiz əziyyət hədər getmədi”