Dövlətə – Millətə sədaqət, vətənpərvərlik, peşəkarlıq, dürüstlük!
911.info.az xəbər verir ki, bu gün Milli Məclisə növbədənkənar seçkilərlə bağlı 105 saylı Tovuz-Gədəbəy seçki dairəsindən deputatlığa namizəd Nağıyev Arzu Nəsib oğlunun təbliğat- təşviqat kampaniyası çərçivəsində növbəti görüşü Tovuz rayonunun Aran Yanıqlı kəndində keçirilib. İlk olaraq torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən şəhidimiz Heydərov Vasif Nazim oğlunun məzarı ziyarət olunaraq, əziz xatirəsi böyük ehtiramla yad edildi, məzarı üzərinə tər çiçəklər qoyuldu. Daha sonra seçicilərlə görüş keçirilərək namizədin platforması açıqlandı, seçicilərin fikir və təklifləri dinlənilərək müvafiq qeydlər aparıldı.













