Bu gün Milli Məclisə növbədənkənar seçkilərlə bağlı 105 saylı Tovuz-Gədəbəy seçki dairəsindən deputatlığa namizəd Nağıyev Arzu Nəsib oğlunun təbliğat- təşviqat kampaniyası çərçivəsində növbəti görüşü Tovuz rayonunun Dönük Qırıqlı və Düz Qırıqlı kəndlərində keçirildi.
911.info.az xəbər verir ki, ilk olaraq torpaqlarımızın qorunması və işğaldan azad edilməsi uğrunda canından keçən şəhidlərimizin xatirələrinə inşa edilmiş abidə kompleksləri ziyarət olunaraq, abidə önünə tər çiçəklər qoyuldu, əziz xatirələri böyük ehtiramla yad edildi. Daha sonra seçicilərlə görüş keçirilərək namizədin platforması açıqlandı, seçicilərin fikir və təklifləri dinlənilərək müvafiq qeydlər aparıldı.














