Ev Cəmiyyət Ölkədə əhalinin avtomobil yanacağına xərcləri bu il 7%-dək artıb

Ölkədə əhalinin avtomobil yanacağına xərcləri bu il 7%-dək artıb

149

Cari ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 1 821,2 milyon manat xərclənib.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Bildirilib ki, bu göstərici 2023-cü ilin müvafiq dövrünün göstəricisini 6,8% üstələyib.Xatırladaq ki, ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən avtomobil benzini və dizel yanacağına 3 063,4 milyon manat xərclənib, bu da illik müqayisədə 8,1% artım deməkdir.

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Əvvəlki məqaləSOCAR bu ilin ikinci rübü üzrə istehsalat göstəricilərini açıqlayıb
Növbəti məqalədəGöygöldə ayı kəndə hücum etdi: Dövlət qurumları hərəkətə keçdilər