Ev İqtisadiyyat Böyükşor gölü üzərində qeyri-adi mənzərə

Böyükşor gölü üzərində qeyri-adi mənzərə

60

“Üzən Günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” layihəsi çərçivəsində 100 kVt gücündə üzən Günəş elektrik stansiyası Böyükşor gölü üzərində inşa edilib.Elektrik stansiyası Energetika Nazirliyi və Asiya İnkişaf Bankı (AİB) tərəfindən həyata keçirilən layihə çərçivəsində İspaniyanın “Gamma Solutions” şirkəti tərəfindən inşa edilib.Stansiyanın panellərinin üç əsas bloku fotovoltaik daimi cərəyan generatorunun Günəş enerjisini elektrik enerjisinə çevirmə effektindən istifadə etdiyi Günəş batareyası prinsipi əsasında işləyir. Dəyişən cərəyan gücünə malik olan stansiyanın 100 kilovatlıq gücünün 95 kilovatı birbaşa olaraq stansiyanın üzən hissəsinin (FPV), 5 kilovatı isə yerüstü hissəsinin payına düşür.

Əvvəlki məqaləAzərbaycanda yeni DÖVLƏT RÜSUMLARI
Növbəti məqalədəMikayıl Cabbarov DSX əməkdaşlarını təbrik etdi