Ev Siyasət Arzu Nağıyev təbliğat- təşviqat kampaniyasına Gədəbəydə davam edir

Arzu Nağıyev təbliğat- təşviqat kampaniyasına Gədəbəydə davam edir

88

Bu gün Milli Məclisə növbədənkənar seçkilərlə bağlı 105 saylı Tovuz-Gədəbəy seçki dairəsindən deputatlığa namizəd Nağıyev Arzu Nəsib oğlunun təbliğat- təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşü Gədəbəy rayonunun Qaraməmmədli və Böyük Qaramurad kəndlərində keçirildi.

911.info.az xəbər verir ki, görüş zamanı namizədin platforması açıqlandı, seçicilərin fikir və təklifləri dinlənilərək müvafiq qeydlər aparıldı.Həmçinin Gədəbəy rayonunun Böyük Qaramurad kəndində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən şəhidimiz Qasımov Şöhrət Şakir oğlunun abidə komleksi ziyarət olunaraq, əziz xatirəsi böyük ehtiramla yad edildi, abidə kompleksi üzərinə tər çiçəklər qoyuldu.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!

Əvvəlki məqaləMillətə sədaqət, vətənpərvərlik, peşəkarlıq, dürüstlüklə YOLA DAVAM…..
Növbəti məqalədəHeydər Əliyev adına NEZ-in Mərkəzi Laboratoriyası beynəlxalq akkreditasiyadan keçib