Ev Dünya Misir prezidenti ilk dəfə Türkiyəyə səfər edəcək

Misir prezidenti ilk dəfə Türkiyəyə səfər edəcək

74

Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin sentyabrın 4-də Türkiyəyə səfər edəcəyi gözlənilir.

Oxu.Az bu barədə “Haber Global”a istinadən xəbər verib.Məlumatda qeyd olunur ki, dövlət başçıları Türkiyə-Misir Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasına rəhbərlik edəcəklər.İki ölkə liderinin Yaxın Şərqdə, o cümlədən Qəzzadakı durumu müzakirə edəcəkləri gözlənilir. Tərəflər arasında bir çox sahədə sənədlərin imzalanması nəzərdə tutulub.Məlumat üçün əlavə edək ki, bu, Əbdülfəttah Əs-Sisinin prezident kimi Türkiyəyə ilk səfəridir.

Əvvəlki məqaləPFL-in icraçı direktoru Millətlər Liqası oyununa təyinat aldı
Növbəti məqalədəArzu Nağıyev Gədəbəydə təbliğat- təşviqat kampaniyasına davam edir